Medical Digital Solutions tibbi məhsullar sektorunda
geniş təcrübəyə malik mütəxəssislər tərəfindən
2021-ci ildə qurulmuş, tibbi məhsulların təchizatı və
topdan satış fəaliyyəti ilə məşğul olan şirkətdir.
MDS keyfiyyət standartlarını qoruyaraq tibb sahəsində
dünyanın qabaqcıl şirkətləri ilə əməkdaşlıq etməkdədir.
Satışını həyata keçirdiyimiz bütün məhsulların beynəlxalq
uyğunluq və mənşə sertifikatına sahib olmasına diqqət etməklə
vətəndaşlarımıza xidmət edən tərəfdaşlarımıza keyfiyyət təminatı veririk.
Şirkətin məhsul kataloqunda əsasən tibbi və cərrahi əlcəklər,
maskalar önəmli yer tutsa da, bintlər, sarğı materialları,
plasterlər, cərrahi iplər, steril salfetlər, pipetlər,
pambıq, şpris kimi sərfiyyat malları ilə təchiz etməkdədir.
MDS Azərbaycan dünyada tibb sahəsində baş verən digital yenilikləri və innovativ həlləri tətbiq edərək, Azərbaycanda tibbin bütün sahələrinin inkişafına təkan verməyi qarşısına hədəf olaraq qoymuşdur.
Şirkət yarandığı gündən məhsullarının keyfiyyəti beynəlxalq sertifikatlarla təsdiq olunmuş istehsalçılarla əməkdaşlıq edərək, ölkəmizdəki partnyorlarını bu standartlara cavab verən tibbi sərfiyyat məhsulları ilə təmin etməklə, daima keyfiyyət standartlarını yüksəkdə tutmaq məqsədindədir.
Beynəlxalq keyfiyyət və mənşə sertifikatına sahib tibbi məhsullar təklif edirik
Ən qısa zamanda təklif verib, vaxtında çatdırılma edirik.
Ən keyfiyyətli tibbi məhsulları, ən uyğun qiymətə təklif edirik.
Alış miqdarına əsasən ən uyğun ödəniş şərtləri təklif edirik.